Anna Apostolaki

Anna Apostolaki
Doğum tarixi 1880[1]
Doğum yeri
Vəfat tarixi 1958[1]
Təhsili
Fəaliyyəti arxeoloq, kurator[d]

Anna Apostolaki (yun. Άννα Αποστολάκη; 1880[1], Marqarit[d], Krit1958[1]) — Yunanıstan arxeoloqu və muzey kuratoru. Əvvəlcə kurator, daha sonra Milli Dekorativ Sənət Muzeyinin direktoru vəzifələrində çalışan Anna Yunanıstanda ilk peşəkar arxeoloq qadın hesab olunur. Doktorluq dərəcəsi ilə məzun olan ilk qadınlardan biri olan Anna həm də Afina Arxeologiya Cəmiyyətinin ilk qadın üzvü və Xristian Arxeologiya Cəmiyyətinin ilk üzvlərindən idi. O, qədim tekstil sahəsində mütəxəssis idi və qədim naxışların və Yunanıstanın toxuculuq ənənələrinin qorunmasını təkcə qadınların ənənəvi işini dəstəkləmək deyil, həm də Yunanıstanın tarixinin müharibələrarası dövründə yunan millətçiliyini gücləndirmək üçün bir vasitə kimi görürdü.

  1. 1 2 3 4 Άννα Αποστολάκη // http://data.nlg.gr/resource/authority/record171961.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search